Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Qəbələ” doğma meydanda "Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Günün digər matçı isə "Neftçi” ilə "Səbail” arasında keçiriləcək.
Xatırladaq ki, ilk oyun günündə baş tutan "Kəpəz” – "Şamaxı” matçında meydan sahibləri qalib gəliblər – 3:2. Tura sabah keçiriləcək "Zirə” – "Qarabağ” və "Sabah” - "Turan Tovuz” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 fevral
"Qəbələ” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.
"Neftçi” – "Səbail”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
"Bakcell Arena”, 17:30.