Bu səhvə görə bütün klubların xalları silənəcək - YENİ QƏRAR

 

Braziliya Futbol Konfederasiyası komanda üzvlərinin və azarkeşlərin irqçi ayrı-seçkiliyini cəzalandıracaq.

Demokratikmusavat.com lent.az-a istinadla bildirir ki, konfederasiya bundan sonra irqçiliklə məşğul olan komandaları xallarından məhrum edilməklə cəzalandıracaq. Yeni reqlament bütün 20 yüksək divizion klubu tərəfindən təsdiqlənib. Tədbir fevralın 22-də, Braziliya Kuboku başlayanda qüvvəyə minəcək. Braziliya Futbol Konfederasiyası dünyada belə qərar qəbul edən ilk ölkə olacaq.

“İrqçiliyə qarşı mübarizəni gecikdirmək olmaz. Tədbirlər əsrlər boyu müzakirə olunub və heç vaxt həyata keçirilməyib. Biz cəzalar baxımından daha da irəli getmək qərarına gəldik və hətta yarışlarımızda klubları xallardan məhrum edə bilərik”, - Braziliya Konfederasiyasının prezidenti Ednaldo bildirib.

Braziliya prezidenti Lula da Silva irqçiliklə bağlı törədilən cinayətlərə görə daha sərt cəzalar nəzərdə tutan qanuna icazə verib.

0.15157294273376