İv Jan-Bartın cəzası ləğv edildi

 

İdman Arbitraj Məhkəməsi (CAS) təcavüzə görə ömürlük diskvalifikasiya alan Haiti Futbol Federasiyasının (FHF) sabiq prezidenti İv Jan-Bartın cəzasını ləğv edib.

Demokratikmusavat.com xəbər verir ki, funksionerin qərardan verdiyi apellyasiya şikayəti təmin olunub.

Məhkəmə FIFA-nın təqdim etdiyi dəlillərdə uyğunsuzluq aşkarlayıb, zərərçəkmişlər və şahidlərin ifadələrində qeyri-dəqiqliklər qeydə alınıb. Bu səbəbdən qurum sübutların yetərli olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, FIFA 2020-ci ilin noyabrında İv Jan-Bartın futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyub.

0.13859891891479