Gürcüstanın Marneuli rayonunda dəhşətli hadisə baş verib.
Demokratikmusavat.com xəbər verir ki, rayon mərkəzində bərbər işləyən Elşad Əmiraslanov qonşusu Rahil Məmmədovun boğazını kəsib.
Onlar bərbərxanada spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Nəticədə Elşad Əmiraslanov ülgüclə qonşusuna ağır zərər yetirib.
R. Məmmədov rayon xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.