PSJ Neymarı satmaq istəyir

 

Fransanın PSJ klubu Braziliya millisinin futbolçusu Neymarla yollarını ayırmaq istəyir.

Demokratikmusavat.com report-a istinadən xəbər verir ki, Paris təmsilçisi yay transfer dönəmində 31 yaşlı hücumçunu satmaq niyyətindədir.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında PSJ-yə keçib. Onun ölkə çempionu ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. Forvard cari mövsüm 27 matçda meydanda olub, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

0.16874194145203