İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” öz meydanında “Aston Villa”nı 3:1 hesabı ilə məğlub edib. Matçda fərqlənənlərdən biri də əslən Türkiyədən olan almaniyalı ulduz İlkay Gündoğan olub. Ancaq onun vurduğu qoldan sonra sevinc reaksiyası bir çoxlarının kəskin qınağına səbəb olub.
Demokratikmusavat.com -ın məlumatına görə, bundan sonra Gündoğan sosial şəbəkə hesabından açıqlama verib.
O, öz evində “Aston Villa”ya qalib gəlməyin gözəl olduğunu deyib.
“Amma düşüncələrim hələ də Türkiyədə və Suriyada baş verən dəhşətli zəlzələlərdən zərər çəkmiş bütün insanların, həmçinin dağıntılar altında qalanları xilas etmək üçün yorulmadan işləyənlərin yanındadır... Ürəyim hələ də ağrıyır”, - deyə Gündoğan bildirib.//oxu.az