İngiltərə klubu Azərbaycanda işləmiş mütəxəssisə tapşırılıb

 

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən “Sauthempton” baş məşqçisi Neytan Consla yollarını ayırıb.

Demokratikmusavat.com xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi ləğv edilib.

Komanda müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş ispaniyalı Ruben Sellesə tapşırılıb. 40 yaşlı məşqçi 2022-ci ildə də bir müddət Premyer Liqa təmsilçisinə rəhbərlik edib.

Qeyd edək ki, Neytan Cons ötən ilin noyabrında baş məşqçi təyin olunmuşdu. “Sauthempton” 22 turdan sonra 15 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

0.16758298873901