Madrid klubu "Real" Mərakeşdə keçirilən klublararası dünya çempionatının qalibi olub.
Demokratikmusavat.com xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda keçirilən final görüşündə "Real" Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 5:3 hesabı ilə məğlub edib.
3-cü yeri isə Braziliyanın "Flamenqo" komandası tutub. Onlar Misirin "Əl-Əhli" komandasına 4:2 hesabı ilə qalib gəlib.