“Zirə” Ukrayna millisinin üzvünü transfer etdi

 

“Zirə” yeni futbolçu ilə müqavilə imzalayıb.

Demokratikmusavat.com ” klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Eldar Quliyevlə anlaşıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü olan Azərbaycan əsilli Quliyev daha əvvəl ölkəsində “Mariupol” və “Minay”ın şərəfini qoruyub.

0.17659711837769