İtaliya "Milan"ı futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Martsio sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Onun sözlərinə görə, 37 yaşlı hücumçu bu gün A seriyasının çempionu ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkib.
Qeyd edək ki, Olivye Jiru bu mövsüm bütün turnirlərdə keçirdiyi 27 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə verib.