“Caliber”: “Avropalı deputatların korrupsiya şəbəkəsi ifşa olundu” - VİDEO

 

Qətərdə keçirilən dünya çempionatının ortasında Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi Eva Kayli və digər üç nəfər, o cümlədən onun sevgilisi, Avropa Parlamentinin deputatının köməkçisi olan italyan Françesko Corcinin Brüsseldə saxlanması ilə bağlı sensasiyalı xəbər dünyanın aparıcı kütləvi informasiya vasitələrində yayıldı.

Dünyanı silkələyən həbslər polis tərəfindən Ərəb körfəzindəki çox zəngin karbohidrogen yarımadasının Avropa Parlamentində nüfuz əldə etmək cəhdləri ilə bağlı korrupsiya araşdırması çərçivəsində həyata keçirilmişdi.

Bundan bir aydan bir az artıq müddət sonra Avropa Parlamenti qalmaqallı anti-Azərbaycan qətnaməsi qəbul etməklə (bu dəfə əsas erməni lobbiçilərindən birinin – Eva Kaylinin səsi olmadan) növbəti dəfə rüsvay oldu.

Məlum olub ki, siyasi karyerasını şərəfsizcəsinə başa vuran Kayli son illər erməni lobbiçiləri, daha doğrusu, Ədalət və Demokratiya naminə (təbii ki, erməni anlayışına görə) Avropa-Ermənistan Federasiyası yaradan Kaspar Karampetyanla sıx əməkdaşlıq edib.

Avropa Parlamentindəki korrupsiya qalmaqalı ilə Qarabağ arasında hansı əlaqənin olması barədə daha ətraflı “Caliber” “YouTube” layihəsinin növbəti süjetində:

0.18156003952026