"Sabah" klubu tarixinin yeni rekorduna imza atıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi buna "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXI tur oyununda nail olub.
"Bayquşlar" çempionatda ardıcıl dörd quru oyun keçirib. Murad Musayevin baş məşqçi olduğu kollektiv mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub.
2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 quru hesablı qələbə qazanıb.
“Sabah” sonuncu dəfə XVII turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.
Bunadək komandanın ən uzun quru seriyası 3 oyundan ibarət idi. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.