Fransanın PSJ klubu futbolçusu Lionel Messi ilə yeni müqavilə üçün danışıq aparıldığını rəsmən açıqlayıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, parislilərin idman direktoru Luis Kampos argentinalı hücumçunu komandada saxlamaqda maraqlı olduqlarını etiraf edib.
O, tezliklə ortaq məxrəcə gələcəklərinə inandığını vurğulayıb: “Leo ilə yeni müqaviləni müzakirə edirik. Onun bizim layihənin bir parçası kimi burada davam etməsini istəyirik. Əgər Messi sözləşməni yeniləsə, buna yalnız şad olarıq. Ümid edirik ki, danışıqlar tezliklə müsbət yekunlaşacaq”.
Qeyd edək ki, 36 yaşlı futbolçunun PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir.