Qubada atasını qətlə yetirməkdə təqsirli bilinən Sərxan Heydərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 24 yaşlı Sərxan Heydərov atası, 48 yaşlı Siyavuş Heydərovla mübahisə edib. Yaranan mübahisə zamanı Sərxan Heydərov bıçağla atasının sinə nahiyyəsinə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərxan Heydərov saxlanılıb.
İş üzrə dindirilmiş Səran Heydərov ifadəsində bildirib ki, atası Siyavuş anası ilə yola getmədiyindən 15 il əvvəl ayrılıblar. O, atası ilə birlikdə yaşayıb. Hadisədən 1 ay əvvəl birlikdə kafedə işləməyə başlayıblar. Vaxt aşırı xırda məsələlər üstündə mübahisələri olub.
Hadisə baş verən günü ad günü olduğundan kafeni tez bağlamağı düşünüb. Saat 18:30-da tanışları gələrək içki sifariş ediblər. Bir az sonra onlar Sərxanı masaya dəvət etdikdə onlarla əyləşib araq içib.
Bir müddət sonra atası onun sərxoş olduğunu görüb onu mətbəxə çağıraraq kafeni bağlamasını tələb edib. Atasına etiraz etməyib. Qisas məqsədi ilə şkafın üzrənidən bıçağı götürüb gödəkçəkisinin cibinə qoyub.
" Məni çağırdı mətbəxə başladı söyüş söyməyə. İçki içdiyim üçün danlayıb söydü məni. Dedim ad günümdü bu gün ona görə içdim. Əsəbləşib çıxdım çölə çöldə sinəmdən yumruq vurdu. Məndə artıq bıçağı götürüb qoymuşdum cibimə".
Sərxan Heydərov ifadəsinin davamında bildirib ki, yolu keçərkən atası içki içdiyi üçün yenədə onunla mübahisə etməyə başlayıb. Atasının kənar şəxslərin yanında onu təhqir etməsi Sərxana pis təsir edib. Bərk əsəbləşdiyinə görə cibindəki bıçağ çıxarıb ona iki zərbə endirib. Birinci zərbəni vurarkən atası əlini qaldırdığından bıçaq sağ qoluna dəyib. İkinci dəfə isə bıçaq döş qəfəsinə girib. Sonuncu əlini sinəsinə tutaraq yolun əks tərəfinə gedib və yerə yıxılıb. Sərxan isə geriyə dogru qaçaraq bıçağı yerə atıb. Hadisə şahidləri təcili tibbi yardıma zəng ediblər. Atası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məhkəmə prosesində Sərxan Heydərov ittiham üzrə özünü təqsirli bilib və əməlindən çox peşman olduğunu bildirib.
Sonda məhkəmənin hökmü ilə Sərxan Heydərov 12 il müddətinə azdlıqdan məhrum olunub.