Paralel.az "a Daxili İşlər Nazirliyinin (DİN) M ..."> Paralel.az "a Daxili İşlər Nazirliyinin (DİN) M ...">

Bakıda sevgilisi qadını və qızını bıçaqlayıb, ölən var

 

Bakıda ana və qızı bıçaqlanıb, yeniyetmə ölüb.

Bu barədə Demokratikmusavat.com a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 14 yaşlı yeniyetmə G.Şadatova ölüb.

Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

0.26885104179382