Qusarda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Farik Molayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində göndərilib.
Hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən məhkəmə hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
İş üzrə məhkəmə baxış iclası aprelin 4-nə təyin olunub.
Qeyd edək ki, hadisə Qusarın Piral kəndində baş verib.
Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib.
Məlumata görə 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib.
Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində CM-nin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham elan olunub.