Rusiya Ukrayna ilə müharibədə 2 günlük atəşkəs elan etdi...

 

Rusiya prezidenti Vladimir Putinin sərəncamına əsasən elan edilən Ukraynada 36 saatlıq birtərəfli atəşkəs bu gün saat 12:00-dan etibarən qüvvəyə minib.

Demokratikmusavat.com Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün günorta saatlarından etibarən bütün cəbhə xəttində qüvvəyə minən atəşkəs yanvarın 8-dək davam edəcək.

Pravoslavların Milad bayramını qeyd edə bilməsi üçün bu addımı atan Rusiya Ukraynanı atəşkəsə qoşulmağa dəvət edib. Lakin Kiyev bu tələbi rədd edib.

Ukrayna lideri Zelenski bu atəşkəsin onların cəbhədə irəliləyişlərini dayandırmaq üçün elan edildiyini bildirib. O, videomüraciətində bildirib ki, Rusiya atəşkəsdən istifadə edərək cəbhəyə daha çox əsgər və silah gətirməyi hədəfləyir.

ABŞ lideri Co Bayden isə Putinin nəfəs almaq üçün belə bir addım atdığını bildirib.

Kremldən verilən açıqlamada Putinin atəşkəsi müharibənin şiddətini azaltmaq üçün deyil, Rus Pravoslav Kilsəsinin çağırışı nəticəsində elan etdiyi bildirilib.

Rus Pravoslav Kilsəsi insanların Milad bayramında kilsəyə gedə bilməsi üçün döyüşləri dayandırmağa çağırıb.

Qeyd edək ki, pravoslav xristianlar Milad bayramını yanvarın 7-də qeyd edirlər.

0.16195607185364