İran PUA-larında diqqətçəkən ABŞ detalları

 

Ukraynada vurulan İran istehsalı olan Pilotsuz Uçuş Aparatında (PUA) 13 ABŞ şirkətinə məxsus hissələr aşkarlanıb.

Demokratikmusavat.com CNN-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyat hesabatında qeyd edilib.Belə ki, ötən il vurulan İrana məxsus “Shahed 136” PUA-sının 52 komponentindən 40-nın ABŞ, 12-sinin isə Kanada, İsveçrə, Tayvan və Çin şirkətləri istehsalı olduğu üzə çıxıb.

Qeyd edək ki, ABŞ bundan əvvəl İranın PUA texnologiyalarına əlçatanlılığının qarşısını almaq üçün müzakirə apardıqlarnı açıqlamışdı. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sədri Adrian Vatson İranın PUA istehsalında istifadə etdiyi hissələri istehsal edən şirkətlərlə danışıqlar apardıqlarını demişdi.

Günay

 

0.19105100631714