Elbrusda faciə: Toqquşan xizəkçilərdən biri öldü - VİDEO

 

Rusiyanın Kabardin-Balkar Respublikasında xizəkçi Elbrus dağından enərkən həlak olub.

Demokratikmusavat.com xəbər verir ki, 1979-cu il təvəllüdlü kişi tələbləri pozaraq yoldan çıxıb. Daha sonra o, xeyli sürət yığıb və ilkin məlumatlara görə, şosedən kənarda dincələn başqa bir xizəkçi ilə toqquşub.

Toqquşma nəticəsində həmin şəxs ölümünə səbəb olan bədən xəsarətləri alıb. İkinci xizəkçi tibb müəssisəsinə aparılıb, onun həyatı üçün təhlükə yoxdur.

0.13575410842896