Sabiq baş naziri avtomobil öldürdü - FOTO

 

Dağıstanın sabiq baş naziri Maqomed Abdulayevi Mahaçqalada avtomobil vurub öldürüb. 

Demokratikmusavat.com konkret.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 5-də Maqomed Hacıyev küçəsində baş verib. 55 yaşlı Qızılyurt sakini “VAZ-21214” markalı avtomobillə yolu keçid zolağından kənarda keçən piyadanı vurub. Xəstəxanaya çatdırılan zərərçəkən aldığı xəsarətlərdən orada ölüb.

Dağıstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölən şəxsin 61 yaşlı Dağıstanın keçmiş baş naziri Maqomed Abdulayev olduğu üzə çıxıb.

Qeyd edək ki, Abdulayev 2010-cu ilin fevralından 2013-cü ilin yanvarına qədər respublikanın baş naziri olub.

0.14439415931702