Atəşkəs nə azadlıq, nə də təhlükəsizlik gətirir - XİN başçısı

 

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın Ukraynada müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, Putin sülh istəsəydi, əsgərlərini vətənə gətirərdi və müharibə bitərdi.

"Amma görünən odur ki, qısa fasilədən sonra müharibəni davam etdirmək istəyir. Atəşkəs deyilən razılaşma insanlara nə azadlıq, nə də təhlükəsizlik gətirir. Rusiya işğalı altında hər gün qorxu içində yaşayırlar", - Almaniya XİN başçısı bildirib.

Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

0.13994097709656