ABŞ Konqresinin Nümayəndələr Palatası spiker seçə bilmədi

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri çərşənbə günü keçirilən iclasda dördüncü səsvermə zamanı yeni spiker seçə bilməyiblər.

Demokratikmusavat.com ” xəbər verir ki, ötən ilin noyabr ayında keçirilən Konqres seçkilərində Respublikaçılar Partiyası aşağı palata üzərində nəzarəti ələ keçirib.

Lakin bu gün keçirilən səsvermədə Respublikaçıların lideri Kevin Makkarti yenə də cəmi 201 səs toplayaraq çoxluğun dəstəyini ala bilməyib. Qalib gəlmək üçün isə 218 səs toplamaq lazımdır.

Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Bayron Donaldsın (Florida ştatından - Red) namizədliyini irəli sürüblər. Respublikaçılar Partiyasından olan 20 konqresmen ona səs verib. Ukrayna əsilli respublikaçı Viktoriya Sparts bitərəf qalıb və heç bir namizədə səs verməyib.

Demokrat Hakim Cefrisə, əvvəlki turlarda olduğu kimi, 212 konqresmen - hazırkı çağırış Nümayəndələr Palatasında Demokratlar Partiyasının bütün nümayəndələri səs verib.

Yanvarın 3-də yeni çağırışın qurultayı öz işinə başlayıb. Çərşənbə axşamı aşağı palataya yeni spikerin seçiləcəyi güman edilirdi, lakin üç tur səsvermənin nəticələrinə görə, qalib müəyyənləşməyib. Nəticədə yanvarın 3-ü axşam saatlarında iclas başa çatıb və çərşənbə günü davam etdirilib. Bu, 100 ildə ilk dəfədir ki, Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır.

Sonuncu dəfə bu 1923-cü ildə baş verib. Həmin zaman spiker 9 dəfə səsvermə keçirildikdən sonra seçilib. Bu dəfə də seçkilər namizədlərdən biri kifayət qədər səs toplayana qədər davam edəcək. Tezliklə beşinci turun keçirilməsi gözlənilir.

0.13042402267456