Kral Çarlzın keçmişi tacqoyma mərasiminə mane ola bilər

 

Kral III Çarlzın təlatümlü evlilik həyatı və Kamilla Parker Bovls ilə uzunmüddətli münasibəti onun tacqoyma mərasiminə əngəl törədə bilər.

Demokratikmusavat.com xəbər verir ki, bu iddia ilə Kral Çarlzın tərcümeyi-halını yazan Entoni Holden çıxış edib.

Müəllif hesab edir ki, Kral Çarlz şahzadə Diana ilə birlikdə olarkən ona xəyanət etməsi və daha sonra ondan boşanması prosesə kölgə salacaq.

Holdenin fikrincə, İngiltərə Kilsəsi açıq şəkildə zina etdiyini etiraf edən və boşanmış krala etimad göstərməyəcək.
O iddia edir ki, Çarlz tac qoysa, konstitusiya böhranı baş verə bilər. 

E.Holdenin bu iddaları ekspertlər tərəfindən rədd edilir.

Qeyd edək ki, mərhum İngiltərə kraliçası II Elizabetin böyük oğlu Çarlzın tacqoyma mərasimi 2023-cü ilin mayında baş tutacaq.

Billurə

 

0.12955379486084