Kabildə baş verən partlayışda ölən və yaralananlar var

 

Əfqanıstanın paytaxtı Kabildə hərbi hava limanı qarşısında partlayış baş verib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takor məlumat paylaşıb.

O, səhər saatlarında baş verən partlayışda "şəhidlər və yaralananların olduğunu" bildirib.

Sözçü əlavə edib ki, hadisə ilə bağlı istintaq davam edir.

Billurə

0.13617086410522