"Baxmut bir şəhər olaraq artıq yoxdur" - Budanov

 

"Baxmut bir şəhər kimi artıq mövcud deyil, müəyyən ərazilər bərpa olunmur və işğalçıların hücum potensialı tükənmir".

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov telemarafonunda məlumat verib.

O qeyd edib ki, hazırda ruslar orada ruslar Baxmut böyük itkilər verirlər.

"Orada hərbi vəziyyət fəlakətli deyil. Mənim təəssüratım sizi maraqlandırırsa, şəhərin özü bir fəlakətdir... Mənim anlayışıma görə, o, artıq şəhər kimi mövcud deyil. Müəyyən ərazilər mütləq bərpa olunmur. İşğalçılar tamamilə məhv etdilər, bütün şəhəri yaşayış üçün yararsız hala gətirdilər", - Budanov qeyd edib.

0.13626599311829