Dünya çempionatında bir ilk yaşanacaq

 

Qətərdə keçirilən dünya çempionatında bir ilk yaşanacaq.

"Demokratikmusavat.com" xəbər verir ki, FIFA E qrupunun III turunun Almaniya – Kosta Rika matçına mudiallar tarixində ilk dəfə qadın baş hakim təyin edib.

Fransalı Stefani Freppart sözügedən oyunda əsas idarəedici olacaq.

Ona həmcinsləri – braziliyalı Neuza Bek və meksikalı Karen Diaz Medina laynsmanlar qismində yardımçı olacaqlar.

Matçın dördüncü hakimi honduraslı Said Martinez təyin edilib.

Qeyd edək ki, Almaniya – Kosta Rika oyunu dekabrın 1-də, saat 23:00-da başlayacaq.

0.065018892288208