"Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər"

 

Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu, kiçik Dieqo Armando Argentina millisinin DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanına uduzmasından (1:2) danışıb.

Demokratikmusavat.com qol.az-a istinadən xəbər verir ki, o, "Marca"ya açıqlamasında bu cür məğlubiyyətin ağlasığmaz olduğunu bildirib: 

"Bu məğlubiyyətə məyus oldum. Bütün bunların həqiqətən baş verdiyinə inanmaq çətindir. Səudiyyə Ərəbistanına uduzmaq ağlasığmazdır. Amma futbolda elə olur ki, hətta daha zəif rəqiblərə də uduzursan".

Dieqo atası Maradona ilə millinin kapitanı Lionel Messini müqayisə edənləri isə tənqid edib: "Atamla Messini ancaq futboldan anlamayanlar müqayisə edirlər. Söhbət iki fərqli planetdən gedir. Amma mən Messinin üzərindən xətt çəkmək istəmirəm".

0.051898956298828