İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştianu Ronaldunu cəzalandırıb.
Demokratikmusavat.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna portuqaliyalı forvardın "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.
50 000 funt sterlinq məbləğində cərimələnən 37 yaşlı futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.
Ronaldu fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.
Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştianu Ronaldu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəz tətbiq olunacaq.(report)