Paralel.az " xəbər verir ki, bunu ..."> Paralel.az " xəbər verir ki, bunu ...">

"Mançester Yunayted"in  xəyanət etdiyini söyləyən Ronaldu azarkeşlərlə vidalaşdı

 

"Düşünürəm ki, karyeram üçün yeni çağırış axtarmağın vaxtı çatıb".

Demokratikmusavat.com xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" klubu yollarını ayıran Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu özünün sosial şəbəkə hesabında yazıb.

"Qırmızı şeytanlar"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozan 37 yaşlı hücumçu azarkeşlərlə vidalaşıb: "Mançester Yunayted"i və fanatlarını çox sevirəm. Bu, heç vaxt dəyişməyəcək. Müzakirələrdən sonra razılığa gəldik ki, müqaviləni dərhal ləğv edək. Komandaya mövsümün qalan hissəsində və gələcəkdə uğurlar arzulayıram".

Forvard bu yaxınlarda “The Sun” qəzetinə verdiyi müsahibədə "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.

Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.Təcrübəli hücumçu 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib. "Qırmızı şeytanlar"ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldu 145 dəfə fərqlənib.

0.20695281028748