DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

 

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Ener Valensiya Ekvador millisinin tarixinə düşüb.

"Report"un məlumatına görə, hücumçu buna Qətərə qarşı dünya çempionatının açılış oyununda fərqlənməklə nail olub.

16-cı dəqiqədə penaltidən hesabı açan forvard ölkəsinin mundiallar tarixində ən çox qol vuran oyunçusu olub. Qollarının sayını 4-ə çatdıran Valensiya Aqustin Delqadonu (3) keçib.

0.19080209732056