Dünya çempionatına formasız yollandılar

 

Qana milli futbol komandası bütün formalarını evdə unudaraq Dünya Çempionatı üçün Qətərə yollanıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə jurnalist Mark Şuamo sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, hadisənin günahkarı milli komandanın inzibatçısıdır. İndi formalar Dünya Çempionatının keçirildiyi ölkəyə poçtla göndəriləcək.

Qana Futbol Federasiyasının rəhbərliyi geyimlərin turnir başlayanadək Qətərə çatmayacağından ciddi narahatdır.

Qanalılar DÇ-2022-də ilk oyunu noyabrın 24-də Portuqaliya yığması ilə keçirməlidirlər.(oxu.az)

0.14009714126587