S&P: Azərbaycan iqtisadiyyatı 4% böyüyəcək

 

2022-ci ildə Azərbaycanda ÜDM artımı 4% təşkil edəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Standard&Poor's” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.

Aprel hesabatı ilə müqayisədə agentlik iqtisadi artım proqnozunu 1,3% bəndi artırıb.

Agentlik iyul hesabatında isə cari ildə Azərbaycanda iqtisadi artımın 3,5% səviyyəsində olacağını proqnozlaşdırmışdı. 

Bununla yanaşı, yenilənmiş proqnozda 2023 və 2024-cü illərdə ÜDM-in artım tempinin 1,5%, 2025-ci ildə isə 1% səviyyəsində müəyyən edilib.

Könül
Demokratikmusavat.com

 

0.12224793434143