Gecə saatlarında qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) ifadə verib.
Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı Sfera.az məlumat yayıb.
Qeyd edilib ki, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.
***
Meyxanaçı Rəşad Dağlının (Əmirov) qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.
“Demokratikmusavat.com ” xəbər verir ki, o, təxminən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
Məlumata görə, İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.