Azərbaycan xalçaları "Amazon"da satışa çıxarılacaq

 

Azərbaycan xalçalarının "Amazon" və bu kimi digər platformalarda satışı ilə bağlı danışıqlar aparılır.

Bunu Demokratikmusavat.com a açıqlamasında "Azərxalça" QSC-nin sədri Emin Məmmədov deyib.

O bildirib ki, gələn ildən Azərbaycan xalçalarının sözügedən platformalarda satışına başlanıla bilər: "Satışa başlanıldıqda biz bu xəbəri hər kəsə təqdim edəcəyik".

"Biz müxtəif beynəlxalq xalça dizaynerləri ilə danışıqlar aparırıq ki, onların yeni və müasir dizaynları bizim ənənəvi xalçaların əsasında yaradılsın. Çünki bu insanlar bir brenddirlər və bu şəxslərin Azərbaycan xalçalarını təqdim etməsi xalçaçılıq sənətinin inkişafı üçün böyük irəliləyiş ola bilər", - deyə E. Məmmədov əlavə edib.
Könül
Demokratikmusavat.com
 

0.11551904678345