Milli Kitabxananın işçiləri ixtisar olunacaq? - AÇIQLAMA

 

Büdcə sənədlərində Mirzə Fətəli Axundov adına Milli Kitabxana ilə bağlı xərclərdə kəskin dəyişiklərin olduğu bildirilir.

Belə ki, 2022-ci ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə kitabxanaya 15% az vəsaitin ayrılması nəzərdə tutulur. Azalmanın isə əsasən əməkhaqqı fondu ilə bağlı olduğu, əmək ödənişi xərclərində 30%-ə yaxın azalmanın mövcud olduğu deyilir.

Bu azalmanın ştat ixtisarı ilə bağlı ola biləcəyi ilə bağlı suallar ortaya çıxıb.

Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, kitabxananın mütəxəssisləri işdən çıxarılmır və qurumda belə bir ixtisar yoxdur: “Lakin çalışma müddəti başa çatdığı üçün pensiyaya gedən işçilər olur. Həmin boş yerlər ixtisara düşüb. Bu şəxslər hazırda çalışan əməkdaşlar deyil”.

“Bu ixtisara düşmənin səbəbi isə avtomatlaşdırma prosesinin təkmilləşdirilməsi ilə bağlıdır. Yeni avadanlıqlar, skanner avadanlıqları alınır. Bu səbəbdən həmin yerlərə yeni işçilərin götürülməsinə ehtiyac olmadığı üçün həmin boş yerlər ixtisar olunub”, - deyə Ə. İsmayılova əlavə edib.

Könül
Demokratikmusavat.com

0.18272614479065