Azərbaycanda dövlət şirkəti “Akkord”u məhkəməyə verib.
“Demokratikmusavat.com ” xəbər verir ki, “Aqrarkredit” BOKT QSC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Hacıyev Namiq Vaqif oğlu ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İşin mahiyyətinə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (kredit müqaviləsi üzrə mübahisələr) daxildir. İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Akkord” Şirkətlər Qrupunun sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu deyilir.
Könül
Demokratikmusavat.com