"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinə üzv olmaq istəyən şirkətlərin müraciətlərinə baxılıb.
Bu barədə Demokratikmusavat.com a Assosiasiyadan bildirilib.
Məlumata görə, qurumun İdarə Heyətinin iştirakı ilə keçirilən iclasda əsas keyfiyyət meyarlarına cavab verən 10 turizm şirkətinin üzvlüyü qəbul edilib. Bununla da Assosiasiya üzvlərinin sayı 115 olub.
İclasda həmçinin ATAA-nın getmə turizm komissiyasının üzvlərinin tərkibi də təsdiqlənib.
Görüş çərçivəsində Assosiasiyanın gələcək fəaliyyət planları, dövlət qurumları və xarici tərəfdaşlarla keçirilən görüşlərin əhəmiyyəti, qış mövsümünə hazırlıq, yaxın dövr üçün nəzərdə tutulan infoturların təşkili və digər məsələlər də müzakirə olunub.