AFFA rəsmisi “Anderlext”in oyununa təyinat aldı

 

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Demokratikmusavat.com “Report”a istinadən xəbər verir ki, o, Estoniyada “Payde” ilə Belçikanın “Anderlext” komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, Tallin şəhərindəki görüş avqustun 3-də olacaq.

0.059251070022583