“Neftçi” Konfrans Liqasında nə qədər qazandı?

 

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Kipr “Aris”ini məğlub edən “Neftçi” klubunun qazancı məlum olub.

"Demokratikmusavat.com" xəbər verir ki, Bakıda keçirilən oyunda rəqibinə 3:0 hesabı ilə qalib gələn “ağ qaralar” bu qələbə ilə 1 milyon avro (1 milyon 730 min manat) qazanıb.

Həmin məbləğin 100 min avrosu qatılma haqqı olaraq paytaxt təmsilçisinə ödənəcək. 350 min avro 2-ci, 550 min avro isə 3-cü təsnifat mərhələsində iştiraka görə verilib.

0.064259052276611