"Barselona"dan yeni transfer

 

İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.

Demokratikmusavat.com xəbər verir ki, Kataloniya təmsilçisi "Sevilya"dan Jül Kundeni transfer edib.

Fransa millisinin müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Barselona" 24 yaşlı oyunçu üçün qarşı tərəfə 55 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Jül Kunde 2019-cu ildən "Sevilya"da çıxış edirdi.

0.053935050964355