Azərbaycanın güləşçisi dünya çempionu olub

 

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

"Demokratikmusavat.com" xəbər verir ki, 49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb.

Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.

0.055555105209351