Qurban Qurbanov: "Biz sonadək vuruşmalı, bir-birimizə güvənməliyik"

 

"Yenə də futbolçularımı təbrik etmək istəyirəm. İlk dəqiqələr gözləmədiyimiz kimi alınsa da, sonradan özümüzə gəldik və matçı sonadək düşündüyümüz kimi keçirdik. Sonda daha bir zərbə aldıq və yenidən toparlandıq. Bu, məni çox sevindirdi".

Demokratikmusavat.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə 2:2 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, bu cür oyunları komandanı böyüdür: "Bu, bir daha göstərdi ki, futbol final fitinədək oynanılır və biz sonadək vuruşmalı, bir-birimizə güvənməliyik. Nəticə öz yerində, bu oyundan klub olaraq çox şey əldə etdik. Gələcəyimiz üçün faydalı olacaq".

0.066866159439087