İtaliya klubu rusiyalı futbolçunu əsas komandadan kənarlaşdırıb

 

İtaliyanın "Fiorentina" klubu rusiyalı futbolçusu Aleksandr Kokorini əsas komandadan kənarlaşdırıb.

"Demokratikmusavat.com" yerli mətbuata istinadən xəbər verir ki, Florensiya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini mövsüm öncəsi Avstriya və İspaniyadakı təlim-məşq toplanışına aparmayıb.

Klubun tezliklə Kokorinlə müqaviləni ləğv edəcəyi gözlənilir.

Qeyd edək ki, Aleksandr Kokorin 2021-ci ilin yanvarında "Spartak"dan "Fiorentina"ya keçib. Oyunçunun müqaviləsi 2024-cü yayında başa çatmalıdır.

0.064949035644531