Azərbaycan millisinin sabiq futbolçusu Polşa klubuna keçib

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.

Demokratikmusavat.com xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi "Şetsinek"lə anlaşıb.

Qeyd edək ki, Ricat Qarayev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Şamaxı" və "Sabah"ın formasını da geyinib.

0.081562042236328