Luis Suaresin yeni klubu bəlli olub

 

Ötən mövsümün sonunda İspaniyanın "Atletiko" (Madrid) komandasından ayrılan Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə 35 yaşlı hücumçunun özü şəxsi tviter səhifəsində paylaşım edib.

Təcrübəli forvard ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.

Qeyd edək ki, 1998 - 2006-cı illərdə də bu komandanın şərəfini qoruyan Luis Suares Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona"nın da formasını geyinib.

0.055576086044312