"Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayev sabah İsveçrədə "Sürix"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnufat mərhələsinin cavab oyunu öncəsi zədəsini sağalda bilib.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə baku.ws-ə açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib:
"Qara Qarayevin zədəsi sağalıb. Komanda ilə tam şəkildə məşq edir. Lakin onun meydana çıxıb-çıxmayacağı ilə bağlı baş məşqçi Qurban Qurbanov qərar verəcək".