Azərbaycanda kafe və restoranların gəliri artıb

 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,8% artaraq 650,9 milyon manat olub.

Demokratikmusavat.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,9%-i hüquqi şəxslərin, 50,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə artaraq 322,1 milyon manat olub.

0.19929695129395