İcra başçısı Siracəddin Cabbarov qəbula gələn qadın təhqir edərək qovub

 

Sabirabad sakini Əzizə Məmmədova "Meydan" TV-nin redaksiyasına şikayət məktubu göndərib. O, şikayət məktubunda yazır ki, özü xəstədir, işləyə bilmir, ailə başçısını itirib, oğlu fəhlə işləsə də, ailəni dolandıra bilmir.

Ə. Məmmədova yazır ki, bir neçə dəfə icra başçısı Siracəddin Cabbarovun qəbuluna gedib, ailə vəziyyətinin ağır olduğuna görə, yüngül işlə təmin olunmasına kömək etməyi xahiş edib.

Söz verilsə də, yerinə yetirilməyib. Ona görə də xanım təkrar icra başçısının qəbuluna getməyə məcbur olduğunu və icra başçısının onun xahişini yerinə yetirmək əvəzinə Ə. Məmmədovanı qəbulundan təhqir edərək qovduğunu bildirir.

Əzizə Məmmədova şikayət məktubunda icra başçısı Siracəddin Cabbarovun ona qarşı rəhbərə yaraşmayan hərəkətlərini ictimailəşdirməyi xahiş edib.

Biz də xanımın xahişinə əməl edirik.

"Demokratikmusavat.com"

0.16675496101379