Rusiyanın Odessaya atdığı raketlərdən biri yaşayış binasına, digəri isə istirahət mərkəzinə tuş gəlib

 

Rusiya səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbələri endirib.

Demokratikmusavat.com” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Şəhərin qubernatoru Maksim Marçenko Ukarayna mətbuatına açıqlamasında bildirib ki, Rusiyanın hücumları nəticəsində 2-si uşaq olmaqla ümumilikdə 18 nəfər həlak olub: “Raketlərdən biri yaşayış binasına, digəri isə istirahət mərkəzinə tuş gəlib.

4-ü uşaq və 1-i hamilə qadın olmaqla 31 nəfər xəstəxanaya yerləşdirilib. 3-ü uşaq olmaqla 8 nəfər dağıntılar altından çıxarılıb. Xilasetmə işləri davam etdirilir”.

"Demokratikmusavat.com"

0.24472403526306