“Kollektiv Qərb özünü tələyə salıb. Çünki dünyada gedən proseslərin inkişafını, öz mövqelərinin zəifləməsini təhlil edə bilmədilər”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiyanın qeyri-leqal xarici kəfiyyatının 100 illiyi ilə bağlı tədbirdə deyib.
Onun sözlərinə görə, Qərb ona uyğun olmayan reallığı, çoxqütblü dünya düzəninin formalaşmasını gözardı etməyə çalışır.
Putin bildirib ki, Qərbin bir çox hərəkətləri onlar üçün fürsətlər açır, amma düşünülməmiş addımları dünya üçün risklərin artmasını qaçılmaz edir.
Rusiya lideri əlavə edib ki, Qərbin əsas hədəfi Amerika qitəsində, Qərbdə, Orta və Yaxın Şərqdə təhlükəsizlik problemlərinə “diqqətimizi” zəiflətməkdir.
Mürtəza
Demokratikmusavat.com